“Araz-Naxçıvan”dan darmadağın
10.01.2026 - 19:24
“Araz-Naxçıvan”dan darmadağın

Hazırlıq prosesini davam etdirən “Araz-Naxçıvan” bu gün ilk yoxlama oyununa çıxıb.

Apasport.az xəbər verir ki, komandanın əvəzedici heyəti ilə keçirilən görüş əsas komandanın 7:0 hesablı qələbəsi ilə başa çatıb.

Qolları Simakala, Coşqun Diniyev, Hamidu Keyta, Ülvi İsgəndərov, Slavik Alxasov, Ramon Maçado və Bar Kohen vurublar.