"Araz-Naxçıvan"ın yeni transfer hədəfi - SABİQ "PORTO"LU
22.05.2025 - 18:02
"Araz-Naxçıvan"ın yeni transfer hədəfi - SABİQ "PORTO"LU

Azərbaycanı bu yay avrokuboklarda təmsil edəcək “Araz-Naxçıvan” yerli çempionatda çıxış edən legionerlərlə maraqlanır.

Apasport.az saytına verilən məlumata görə, Naxçıvan klubu “Kəpəz”in müdafiəçisi Dioqo Verdaşkanı transfer siyahısına daxil edib.

Portuqaliyalı futbolçunun yeni sezonda daha iddialı komandada oynamaq istədiyi üçün aldığı təkliflərdən birini dəyərləndirəcəyi gözlənilir.

Amma qeyd edək ki, 28 yaşlı futbolçuya maraq göstərən yeganə Azərbaycan klubu “Araz-Naxçıvan” deyil. Onunla başqa Premyer Liqa təmsilçiləri də maraqlanır.

Karyerası ərzində “Porto B”, “Saraqosa”, “Beytar”, “Şlensk”, “Mirandes” kimi klublarda oynamış Verdaşkanın “Kəpəz”lə müqavilə müddəti mövsümün sonunda başa çatacaq.