Asim Xudiyev Konfrans Liqası oyununda
21.07.2025 - 18:48

Beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyev UEFA-dan növbəti təyinat alıb.
Apasport.az xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidmətindən məlumat yayılıb.
O, UEFA Konfrans Liqasının II təsnifat mərhələsi çərçivəsində iyulun 24-də keçiriləcək “Sutyeska” (Monteneqro) – “Beytar” (İsrail) görüşünün hakim-inspektoru olacaq.
Qarşılaşma Nikşiç şəhərinin eyniadlı stadionunda baş tutacaq.
0
0