Asim Xudiyev UEFA Konfrans Liqasına təyinat alıb
20.11.2025 - 15:51
Azərbaycanın beynəlxalq dərəcəli hakim-inspektoru Asim Xudiyev UEFA-dan təyinat alıb.
Apasport.az xəbər verir ki, o, UEFA Konfrans Liqasının Liqa mərhələsinin IV turunda baş tutacaq "Universitatya Krayova" (Rumıniya) – "Maynz" (Almaniya) görüşünün hakim-inspektoru olacaq.
Qeyd edək ki, qarşılaşma noyabrın 27-də Krayova şəhərindəki Yon Oblemenko adına stadionda baş tutacaq.
0
0