
"ASTA Mingəçevir" növbəti transferlərini rəsmiləşdirib.
Apasport.az xəbər verir ki, bölgə təmsilçisi daha 4 futbolçu ilə anlaşıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Mingəçevir şəhərini təmsil edən komanda Nihad Xəlilli, Usman Abba, Xəyal Muradov və Elmin Bayramovu rənglərinə bağlayıb. Oyunçularla 1 illik müqavilə imzalanıb.
Qeyd edək ki, "ASTA Mingəçevir" daha əvvəl Samir Abdullayev, Rimas Kerimi, Məhəmməd Kadiri, Cabir Əmirli, Məhəmməd Səfərov, Kennet Kalungay, Kənan Quliyev, Rəhim Cəfərli, Qurban Səfərov, Bakary Jaiteh, Nicat Məmmədov, Seymur Məmmədov, Taleh Qarayev, Jonah Attuquaye, Orxan Sadıqlı, Sahib Həsənovu transfer edib.