Avropa çempionatı: Azərbaycan millisi bu gün ilk matçına çıxacaq
25.11.2025 - 09:37
Avropa çempionatı: Azərbaycan millisi bu gün ilk matçına çıxacaq

Azərbaycanın 19 yaşadək qadın futbolçulardan ibarət millisi Avropa çempionatının seçmə mərhələsində bu gün ilk matçına çıxacaq.

Apasport.az xəbər verir ki, B Liqasının V qrupunda yer alan Həbib Ağayevin baş məşqçisi olduğu komanda Sloveniya ilə üz-üzə gələcək.

Görüş Şimali Makedoniyanın Strumitsa şəhərindəki Kukuş stadionunda, Bakı vaxtı ilə saat 15:00-da start götürəcək.

Qeyd edək ki, yığma növbəti matçını noyabrın 28-də Şimali Makedoniyaya qarşı keçirəcək.