Avropa Liqasının favoriti açıqlanıb
30.01.2026 - 16:16
Avropa Liqasının favoriti açıqlanıb

Avropa Liqasının ümumi mərhələsi başa çatdıqdan sonra turnirin qalibi ilə bağlı proqnoz yenilənib.

Apasport.az "Opta"ya istinadən xəbər verir ki, analitiklər favoritlər arasında açıq lideri müəyyən edib və onun qələbə ehtimalı rəqiblərindən əhəmiyyətli dərəcədə yüksəkdir.

Turnirdə ən böyük şans “Aston Villa”ya məxsusdur. Unay Emerinin komandasının çempion olma ehtimalı 44 faizlə qiymətləndirilir ki, bu, ikinci yerdəki komandadan dörd dəfədən çoxdur.

İkinci pillədə “Roma” (10,1 faiz), üçüncü yerdə isə “Portu” (9,3 faiz) qərarlaşıb. İlk beşliyi “Lion” (7,5 faiz) və “Nottingem Forest” (5,3 faiz) tamamlayır. Digər iştirakçıların qələbə şansı 5 faizdən aşağıdır.

“Opta”nın top-10 proqnozlarında həmçinin, “Ştutqart”, “Braqa”, “Betis”, “Frayburq” və “Midtyulland” da yer alıb. Analitiklər vurğulayırlar ki, “Aston Villa”nın belə yüksək qələbə faizi play-off mərhələsi üçün nadir haldır və komandanın ümumi mərhələdə göstərdiyi sabit performansı əks etdirir.