Avropa Paralimpiya Komitəsinin prezidenti Raymon Blondel Paris-2024 Yay Paralimpiya Oyunlarından sonra Azərbaycana səfər edib.
Apasport.az xəbər verir ki, o, səfər çərçivəsində Azərbaycan Milli Paralimpiya Komitəsinin rəhbərliyi ilə birgə Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib, abidəsi önünə gül dəstələri qoyublar.
Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə gül dəstələri düzülüb.
Daha sonra Şəhidlər xiyabanı ziyarət olunub, ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi hörmət və ehtiramla yad edilib.
- Azər Bağırov: “Bu şəhər futbolla yaşayır”
- “Turan Tovuz”dan hakim qərarlarına etiraz - “Təmiz futbol, ədalətli qərarlar tələb edirik!” - VİDEO
- Kurban Berdıyev: “Hər kəs gördü ki, qoldur, bircə hakim görmədi”
- “Şamaxı” Tovuz səfərindən 1 xalla qayıdır - YENİLƏNİB
- Tahir Gözel: “Bu yolu birlikdə davam etdirməliyik”