"Ayaks"ın qolkiperi: “Qarabağ”a qarşı yaxşı oyun sərgiləməyə çalışacağıq”
09.12.2025 - 16:41
"Ayaks"ın qolkiperi: “Qarabağ”a qarşı yaxşı oyun sərgiləməyə çalışacağıq”

“Ayaks”ın qapıçısı Vitezslav Yaroş “Qarabağ”la oyundan əvvəl Bakıdakı mətbuat konfransında iştirak edib.

Apasport.az xəbər verir ki, o, “Qarabağ”a qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının 6-cı turunun oyunu ilə bağlı danışıb:

“Ayaks” son matçlarda inkişaf edib. Bu klubda olduğum üçün xoşbəxtəm. Hər şey mənim üçün yaxşı keçir. Komandamız son oyunlarda inkişaf edib. Son iki oyuna əsasən bunu deyə bilərəm. “Qarabağ”a qarşı yaxşı oyun sərgiləməyə çalışacağıq”.

“Qarabağ” – “Ayaks” matçı dekabrın 10-da, saat 21:45-də Tofiq Bəhramov adına Respublika stadionunda start götürəcək.