Ayxan Abbasov: "Bizim belə oyunlarımız az olur"
03.12.2025 - 17:06
Ayxan Abbasov: "Bizim belə oyunlarımız az olur"

“Şamaxı” Azərbaycan kubokunun 1/8 final mərhələsində “Baku Sportinq”i 1:0 hesabı ilə məğlub edərək növbəti mərhələyə yüksəlib.

Apasport.az xəbər verir ki, Premyer Liqa təmsilçisinin baş məşqçisi Ayxan Abbasov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

“Oyunun çətin keçəcəyini bilirdik. Birinci Liqa komandaları ilə matçlar həmişə mübarizəli olur. Birinci hissədə bir az passiv olduq. Gəncləri, az oynayan futbolçuları görmək istəyirdik. Onlar üçün da belə templi oyuna girmək çətindir. İkinci hissədə dəyişikliklər etdik. Rəqib yaxşı müdafiə olunurdu. Son matçlarına baxmışdıq. Əsas məqsəd kubokda irəliləməkdir. Ağır qrafikdəyik. “Sumqayıt”la çətin oyunumuz oldu. Bir neçə gün sonra Yevlax səfərinə gedəcəyik. 1/4 final mərhələsi gələn il olacaq. Hazırlaşmaq üçün vaxtımız olacaq.

Bizim belə oyunlarımız az olur. Yadıma gəlmir çempionatda hansısa rəqibimiz oyunboyu müdafiə olunsun. Uşaqlara bir az sərbəstlik vermişdik. Bu oyunda hər şey ola bilərdi”.