Azərbaycan derbisi üçün bütün biletlər satılıb
08.11.2025 - 17:01
Azərbaycan derbisi üçün bütün biletlər satılıb

Misli Premyer Liqasının XI turunda, noyabrın 9-u, baş tutacaq “Qarabağ” – “Neftçi” oyunu üçün bütün biletlər artıq satılıb.

Apasport.az xəbər verir ki, bu barədə Ağdam klubunun mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, “Azersun Arena”nın 6 000 nəfərlik tribunaları tam dolu olacaq.

Qeyd edək ki, matç saat 18:44-də start götürəcək.