Yığmamız Şotlandiya ilə heç-heçə edib - YENİLƏNİB
14.10.2025 - 20:57
Yığmamız Şotlandiya ilə heç-heçə edib  - YENİLƏNİB

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu bu gün keçirib.

Apasport.az xəbər verir ki, yığma Bakıda Şotlandiyanın müvafiq yaş kateqoriyasından ibarət kollektivi ilə üz-üzə gəlib.

Qarşılaşma "Liv Bona Dea Arena", saat 19:00-da start götürüb.

6 qolun vurulduğu matçda qalib müəyyənləşməyib. Görüş 3:3 hesablı heç-heçə ilə başa çatıb.

Qeyd edək ki, B qrupunda Portuqaliya komandası 9 xalla liderdir. Eyni xala malik Çexiya ikinci, 4 xalı olan Bolqarıstan üçüncüdür. Şotlandiyanın 3, Azərbaycanın 1 xalı var. Bütün görüşlərdə uduzan Cəbəllütariqin xalı yoxdur.

19:00. Azərbaycan (U-21) - Şotlandiya (U-21) 3:3
Qollar:
 Xəyal Əliyev, 49 (pen), Şahin İbrahimov, 79 - David vatson, 33, Ceyms Vilson, 44, Samuel Hardinq, 90+3

Baş hakim: Sayat Karabayev
Baş hakimin köməkçiləri: Yuri Tixonyuk, Yevgeni Belski
Dördüncü hakim: Saken Bayimbet