“Neftçi” ilk dövrəni lider tamamlayıb
14.10.2025 - 21:51
“Neftçi” ilk dövrəni lider tamamlayıb

Bu gün futzal üzrə Yüksək Liqada I dövrənin sonuncu – V turun oyunları keçirilib.

Apasport.az xəbər verir ki, son çempion “Araz-Naxçıvan” “Neftçi İK”yə uduzub.

U-19 “Lənkəran”a, “Baku Fire” isə “Şuşa”ya qalib gəlib.

Dövrənin son oyunlarından sonra “Neftçi İK” turnir cədvəlində vahid lider olub.

Yüksək Liqa
V tur

14 oktyabr

Lənkəran – U-19 (1:4) 5:6
Qollar: Məhəmməd Əliyev, 13:43, 22:08, 37:24, Pünhan Qasımzadə, 21:10 (ö/q), Ümid Qəhrəmanov, 32:17 // Nicat Əzizli, 6:22, 25:55, İsmayıl Əhmədov, 12:26, 29:37, Pünhan Qasımzadə, 14:11, Oqtay Mahmudzadə, 18:54

Araz-Naxçıvan – Neftçi İK (2:0) 4:5
Qollar: Peruzzo, 10:42, Aleks Da Silva, 14:04, 38:37, Lukas Dias Ramos, 39:16 (ö/q) // Lukas Dias Ramos, 22:20, 32:03, Allef Maiolli, 23:05, 37:40, Mehdi Ahanqari, 34:34

Baku Fire – Şuşa (3:0) 4:2
Qollar: Murad Quluzadə, 3:50, 23:16, Oktay Rüstəmli, 18:53, Kənan Manafov, 19:16 // Adil İsmayılov, 26:44, Rüstəm Bağırov, 32:38