Azərbaycan Kuboku: Final oyununun vaxtı bəlli olub
27.04.2026 - 13:51
Azərbaycan Kuboku: Final oyununun vaxtı bəlli olub

Futbol üzrə Azərbaycan Kubokunda "Sabah" və "Zirə" komandaları arasında keçiriləcək final oyununun başlama saatı müəyyənləşib.

Apasport.az xəbər verir ki, bu barədə PFL-in mətbuat xidməti məlumat yayıb.

Mayın 13-də "Palms Sports Arena"da təşkil olunacaq qarşılaşma saat 20:00-da start götürəcək.