Bu gün futbol üzrə Azərbaycan Kubokunda 1/8 final mərhələsinə yekun vurulub.
Apasport.az xəbər verir ki, günün son oyunu Sumqayıt şəhər stadionunda baş tutub.
“Sumqayıt” doğma meydanda “Difai”nin müqavimətini qırmağa çalışıb.
4 qolun vurulduğu matçda ev sahibləri rəqibini 3:1 hesabı ilə məğlub edərək 1/4 finala adını yazdırıb.
Azərbaycan Kuboku
1/8 final mərhələsi
4 dekabr
19:00 Difai – Sumqayıt 1:3
Qollar: Kamil Qardaşlı, 68 - Ronaldo Vazkez 9, 75 (pen), Aleksandr Ramalinqom, 90+3
M.H. Sumqayıt şəhər stadionu
“Difai”: 1. Sadiq Məmmədzadə 77. Roman Hüseynov (k) 27. Əsgər Hüseynov 20. Nemət Musayev 11. Bayraməli Qurbanov 5. Nihad Həsənzadə 17. Emin Məcidzadə 44. Rüfət Tahirov 23. Kamil Qardaşlı 16. Altayturan Bektaşoğlu 8. Kamil Sadiqov
Ehtiyat oyunçular: 12. Tural Mirsultanov 7. Fərid Kazımzadə 55. Nazim Həsənzadə 10. Musa Musazadə 19. Hacıəli Şirəliyev 24. Miraqşin Abasov 21. Mühəmməd Həsənov 6. Nihad İsmayılov 18. Kristian Kamta
Baş məşqçi: Aydın Qasımov
“Sumqayıt”: 22. Xəyal Fərzullayev (k) 6. Rauf Rüstəmli 21. Nihad Əhmədzadə 75. Nadir Orucov 97. Vüsal Paşayev 10. Nikola Ninkoviç 72. Rayan Senhadji 23. Ronaldo Vaskez 71. Masaki Murata 95. Nsana Simon 11. Aleksa Yankoviç
Ehtiyat oyunçular: 1. Mehdi Cənnətov 56. Aftandil Arixov 7. Rüstəm Əhmədzadə 8. Səbuhi Abdullazadə (k) 66. Ruslan Əliyev 37. Nihad Orucəli 19. Roi Kehat 9. Aleksandr Ramalinqom 14. Pedro Pinto 80. Keffel Resende 25. Abdul Raşid Mumini
Baş məşqçi: Saşa İliç