Azərbaycan Kuboku: “Zirə” finalda - YENİLƏNİB
21.04.2026 - 20:59
Bu gün Azərbaycan Kubokunda yarımfinal mərhələsinin cavab oyunlarına start verilib.
Apasport.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma keçirilib.
“Zirə” azarkeşləri önündə “Turan Tovuz”u qəbul edib.
Görüş saat 19:00-da start götürüb. Gərgin keçən matçda qol səsi çıxmayıb - 0:0. Bu nəticə ilə "Zirə" finala vəsiqə qazanıb.
Qeyd edək ki, komandalar arasındakı ilk qarşılaşmada Tovuz təmsilçisi rəqibinə 0:2 hesabı ilə məğlub olmuşdu.
Azərbaycan Kuboku
Yarımfinal mərhələsi, cavab oyunu
19:00. "Zirə" – "Turan Tovuz" 0:0
Baş hakim: Əli Əliyev
Zirə İdman Kompleksinin stadionu
0
0