Azərbaycan Kubokunda 1/8 final cütləri bəlli olub
29.10.2025 - 21:21
Bizon Azərbaycan Kubokunda II təsnifat mərhələsinə yekun vurulub.
Apasport.az xəbər verir ki, bu gün baş tutan qarşılaşamalardan sonra 1/8 finala vəsiqə qazanan bütün komandalar və 1/8 final cütləri məlum olub:
Bizon Azərbaycan Kuboku
1/8 final mərhələsinin cütləri
"Qəbələ" - "Şəfa"
"Şamaxı" - "Baku Sportinq"
"Araz-Naxçıvan" - "Kəpəz"
"Qarabağ" - "Karvan-Yevlax"
"İmişli" - "Sabah"
"Zirə" - "Neftçi"
"Şahdağ Qusar" - "Turan Tovuz"
"Difai" - "Sumqayıt"
Qeyd edək ki, 1/8 final mərhələsinin görüşləri dekabrın 2-3-də keçiriləcək.
0
0