Azərbaycan kubokunda finalın adı bəlli olur: "Sabah", yoxsa "Neftçi"?
23.04.2025 - 08:34
Azərbaycan kubokunda finalın adı bəlli olur: "Sabah", yoxsa "Neftçi"?

Bu gün Azərbaycan kubokunda yarımfinal görüşlərinin cavab oyunlarına start veriləcək. 

Apasport.az xəbər verir ki, "Sabah" doğma meydanda "Neftçi"ni qəbul edəcək.

Görüş 20:00-da Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək. 

Tərəflər arasındakı ilk görüş Masazır təmsilçisinin qələbəsi ilə yekunlaşmışdı - 2:1. 

Azərbaycan kuboku,

Yarımfinal

23 aprel

20:00. "Sabah" - "Neftçi"