“Qarabağ”ın yarımmüdafiəçisi Aleksey Kaşuk komandanı tərk edə bilər. Futbolçu Ağdam klubunda gözlənilənləri verməsə də, ona Avropadan maraq davam edir.
Apasport.az saytına verilən məlumata görə, ukraynalıya İspaniya La Liqasında yarışan bir klubdan təklif gəlib.
Kaşuk isə “Qarabağ”ı tərk etmək istəmir.
O, komandada qalaraq, avrokuboklarda uğurlu performans sərgiləmək niyyətindədir.
Xatırladaq ki, mövsümün əvvəlində Ukrayna mətbuatı İspaniya klubu “Jirona”nın onu transfer etmək istədiyini yazmışdı. Lakin Kaşuk “Qarabağ”da qalmağa üstünlük vermişdi.
Qeyd edək ki, hücumçunun Ağdam təmsilçisi ilə müqavilə müddəti 2027-ci ilin yayına qədərdir.
- Sosial şəbəkələrdə ən çox izləyicisi olan Azərbaycan klubları bəlli olub
- Futbolçulara ən çox əməkhaqqı ödəyən klub "Neftçi" olub
- Premyer Liqa klublarının 2024-cü ildəki gəlirləri açıqlanıb
- Premyer Liqa klublarının uşaq-gənclər sektoruna ayırdığı vəsait artıb
- “Turan Tovuz” Premyer Liqada ev oyunlarında azarkeş sayına görə liderdir