Azərbaycan millisinin heyəti açıqlanıb
28.10.2025 - 11:18
Azərbaycan millisinin heyəti açıqlanıb

Futzal üzrə Azərbaycan millisinin VI İslam Həmrəyliyi Oyunları üçün heyəti açıqlanıb.

Apasport.az Futzal Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, baş məşqçi Yevgeni Kukseviç 2-si qapıçı olmaqla ümumilikdə səfərə 14 futzalçı aparacaq.

Qapıçılar: Kamran Hacıyev (Neftçi İK), Cavad Məmmədov (Baku Fire)

Oyunçular: Nihad İsmayılov, Emil Həsənzadə (hər ikisi Neftçi İK), Ülvi Əliyev, Qüdrət Qasımzadə, Mirzə Əmirov, Ədalət Ələkbərov (hamısı Araz-Naxçıvan), Fərid Abbasov, Kənan Manafov, Eldar Zeynalov, Oktay Rüstəmli, Murad Quluzadə (hamısı Baku Fire), Oqtay Mahmudzadə (U-19)

Qeyd edək ki, A qrupunda yer alan Azərbaycan millisi noyabrın 4-də, 6-da və 8-də müvafiq olaraq Liviya, Özbəkistan və Səudiyyə Ərəbistanı yığmaları ilə qarşılaşacaq.