Azərbaycan millisinin üzvü Moskva klubunda
13.01.2026 - 15:47
“Torpedo” klubu Sadiq Baqiyevin transferini açıqlayıb.
Apasport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Moskva təmsilçisi Azərbaycanın U-19 yığmasının formasını geyinmiş futbolçu ilə müqavilə imzalayıb.
22 yaşlı yarımmüdafiəçi “Torpedo”da 66 nömrəli formada çıxış edəcək.
O, karyerası ərzində “Kuban-Holdinq”, “Spartak”(Tambov), “SKA-Xabarovsk” klublarında oynayıb.
0
0