Azərbaycan Premyer Liqasının püşkatma mərasimi keçiriləcək
07.07.2025 - 16:46
Azərbaycan Premyer Liqasının püşkatma mərasimi keçiriləcək

Azərbaycan Premyer Liqasında 2025/2026 mövsümünün püşkatma mərasiminin vaxtı müəyyənləşib.

Apasport.az xəbər verir ki, tədbir iyulun 18-də "Alov qüllələri" kompleksinin "Üzeyir Hacıbəyli zalı"nda baş tutacaq.

Püşkatma "CBC Sport" telekanalı vasitəsilə canlı yayımlanacaq.

Qeyd edək ki, Azərbaycan Premyer Liqasının yeni mövsümü avqustun 15-də start götürəcək.