[b]Azərbaycan prezidenti dünya çempionatının açılış mərasiminə qatılacaq [/b]
11.06.2018 - 13:47
[b]Azərbaycan prezidenti dünya çempionatının açılış mərasiminə qatılacaq
[/b]

Azərbaycan prezidenti İlham Əliyev Moskvada keçiriləcək dünya çempionatının açılış mərasimində iştirak edəcək. APA-nın məlumatına görə, bu barədə RİA "Novosti" Prezident Administrasiyasındakı mənbəyə istinadən xəbər yayıb.

Qeyd edək ki, dünya çempionatının açılış mərasimi iyunun 14-də “Lujniki” stadionunda keçiriləcək. Tədbir Rusiya və Səudiyyə Ərəbistanı yığmalarının qarşılamasından öncə baş tutacaq.

Mərasiminə bir neçə ölkənin liderləri, o cümlədən Ermənistanın baş naziri Nikol Paşinyanın da iştirakı gözlənilir.