Beynəlxalq dərəcəli köməkçi hakim Sevda Nuriyeva UEFA-dan növbəti təyinat alıb.
Apasport.az xəbər verir ki, Sevda qadın futbolçular arasında UEFA Çempionlar Liqasının birinci təsnifat mərhələsi çərçivəsində 1-ci qrupun iki oyununda köməkçi hakim funksiyasını yerinə yetirəcək.
S.Nuriyeva əvvəlcə iyulun 30-da yarımfinal mərhələsinin “Flora” (Estoniya) – “Riqa” (Latviya) görüşündə maltalı baş hakim Yoanna Vassallonun köməkçisi olacaq. Avqustun 2-də isə qrupun həlledici matçları baş tutacaq.
Azərbaycanlı hakim yarımfinal mərhələsinin məğlub komandaları arasında təşkil olunacaq 3-cü yer uğrunda qarşılaşmada sloveniyalı baş hakim Tyaşa Misyanın başçılıq etdiyi briqadada yer alacaq.
Qeyd edək ki, 1-ci qrupun bütün oyunları Lüksemburqdakı “Axill Hammerel” stadionunda keçiriləcək.
- Zaur Həşimov: “Düşdüyümüz durum bizi kədərləndirir”
- MPL: “Neftçi” - “Turan Tovuz” matçında bərabərlik - YENİLƏNİB
- U-15 dünya çempionatı: MİLLİMİZDƏN DARMADAĞIN - FOTO
- Prezident İlham Əliyev Azərbaycan – Timor-Leste oyununu izləyir - YENİLƏNİB
- Bakıda FIFA U-15 dünya çempionatı və festivalının açılışı keçirilib - YENİLƏNİB - FOTO