"Fənərbaxça"nın yeni prezidenti Aziz Yıldırım azarkeşlərə müraciət edib.
Apasport.az xəbər verir ki, təcrübəli funksioner seçkidə qalib gəldikdən sonra qarşıdakı dövrlə bağlı iddialı açıqlamalar verib.
“Sözümüz sözdür – çempionluq. Lazımi transferləri 15 gün ərzində həyata keçirəcəyik. Bununla bağlı heç bir narahatlığınız olmasın.
Stadionun tutumunu artırmaq üçün də işlərə başlayacağıq.
Sonda isə məni bu gün 17 mindən çox səslə, "Fənərbaxça" tarixinin ən yüksək iştiraklı konqresində prezident seçdiniz. Buna görə hər birinizə minnətdaram.
Sizə olan borcumuzu mütləq qaytaracağıq. Bu klubdan borcumuzu ödəmədən getməyəcəyik. Bunu bir il ərzində edəcəyik. Hamı bunu bilsin”, – deyə Yıldırım bildirib.
Qeyd edək ki, Aziz Yıldırım keçirilən prezident seçkilərində 17.240 səslə Hakan Safiyə qalib gələrək yenidən "Fənərbaxça"nın prezidenti olub.