Bahadur Həziyev "Mingəçevir"də
03.02.2026 - 13:26
I Liqa təmsilçisi "Mingəçevir" "Şamaxı"nın sabiq futbolçusu Bahadur Həziyevi transfer edib.
Apasport.az xəbər verir ki, bunu klubun mətbuat xidməti açıqlayıb.
26 yaşlı yarımmüdafiəçi ilə mövsümün sonuna qədər müqavilə imzalanıb.
Həziyev Şamaxı komandası ilə yanaşı, "Səbail" və MOİK-in də formasını geyinib.
Qeyd edək ki, "Mingəçevir" hazırda 21 xalla turnir cədvəlinin 4-cü pilləsində yer alıb.
0
0