"Bakı–Xankəndi" Azərbaycan velosiped yarışının üçüncü mərhələsi start götürüb.
"Apasport"un turnirə ezam olunan əməkdaşı xəbər verir ki, bu mərhələdə gediləcək yol 162,9 kilometr uzunluğundadır.
Mərhələyə Qəbələdə start verilib və bu tur Mingəçevirdə yekunlaşacaq.
Xatırladaq ki, ötən gün "Astana"nın qazaxıstanlı velosipedçisi Yevgeni Fyodorov 2-ci raundun qalibi olub.
Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) 2.1 kateqoriyalı yarışında dünyanın 20 ölkəsini təmsil edən 24 komanda mübarizə aparır. Beş mərhələdən ibarət olan yarışın mükafat fondu 50 000 avrodan çoxdur. Yarışa mayın 14-də yekun vurulacaq.
Turnirin son mərhələsi isə Xankəndi şəhərində baş tutacaq.