Bakıda dənizdə batan futbolçunun meyiti tapılıb
18.07.2025 - 10:14

"Zirə"nin futbolçusu vəfat edib.
Apasport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, U16 komandasının üzvü Fərid Şahverdiyev çimərlikdə boğularaq həlak olub.
Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində dənizdə (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 1 km aralı, nəzarətsiz ərazi) batan oyunçunun axtarışları başa çatıb.
Futbolçunun meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
0
0