Azərbaycan Milli Mətbuatının 150 illik yubileyi, eləcə də Müstəqilliyin Bərpası Günü (18 oktyabr) və Zəfər Günü (8 noyabr) münasibətilə sentyabrın 27-dən noyabrın 8-dək şəhid jurnalistlərin xatirəsinə həsr olunan həvəskar komandalar arasında keçirilən IV Ənənəvi Minifutbol Turnirinin açılış mərasimi baş tutub.
Apasport.az xəbər verir ki, açılış mərasimində Gənclər və İdman Nazirliyinin, Mətbuat Şurasının, Qərbi Azərbaycanın Çəmbərək rayon Ardanış Kənd İcmasının nümayəndələri, iştirakçı komandaların üzvləri, hərbçilər, mətbuat və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Bakı Tennis Akademiyasının stadionunda təşkil olunan tədbirdə əvvəlcə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, ardından Azərbaycan Dövlət Himni səsləndirilib və yarış rəsmi şəkildə açıq elan olunub. Topa rəmzi ilk toxunuşu təşkilatçılar adından Əsgər İbrahimov edib.
Açılış mərasimindən sonra A və B qruplarında ilk qarşılaşmalar keçirilib:
27 sentyabr
I tur
A qrupu
19:00 – “Real TV” – “Baku WS” – 2:1
B qrupu
20:00 – “AzTV” – “AZƏRTAC” – 6:0
Hər iki görüşü AFFA-nın hakimləri Mahir Məmmədov və Vüsal Balaşov idarə edib.
28 sentyabr
I tur
C qrupu
22:00 – “Dəmir Yumruq” – “Zəfər 44” – 5:3
D qrupu
23:00 – “İctimai TV” – “Veteranlar” – 3:3
Qeyd edək ki, turnirin informasiya dəstəkçilərindən olan “APA” öz ilk oyununu oktyabrın 4-də “Real TV”yə qarşı keçirəcək.
- Azərbaycan millisinin üzvü futboldan uzaqlaşdırılıb - Rəsmi
- "Turan Tovuz" akademiyasının məşqçiləri məktəblilərlə görüşüb
- Prezident: U-20 Dünya çempionatını Azərbaycanda və Özbəkistanda təşkil etmək ortaq tarixi nailiyyətdir
- Samir Abasov dörd oyunluq cəza alıb
- Azərbaycan millisinin UEFA İnkişaf Turniri üçün heyəti və oyunlarının təqvimi müəyyənləşib