“Barselona”da ciddi itki
13.10.2025 - 21:22
“Barselona”da ciddi itki

“Barselona”nın yarımmüdafiəçisi Dani Olmo bu ayın əvvəlində, İspaniya millisinin məşqi zamanı baldır əzələsində narahatlıq hiss edib.

Apasport.az xarici KİV-ə istinadən xəbər verir ki, o, zədə səbəbindən təxminən iki-üç həftə yaşıl meydanlardan kənarda qalacaq.

Yarımmüdafiəçi bu gün Kataloniya klubunun düşərgəsində tibbi müayinədən keçib. Ona sol ayağının alt nahiyəsindən zədə diaqnozu qoyulub.

Bununla da, Olmo təxminən iki-üç həftə yaşıl meydanlardan kənarda qalacaq. O, La Liqada “Jirona” və Çempionlar Liqasında “Olimpiakos”la matçlarda oynamayacaq.

Amma Olmonun hələ də oktyabrın 26-da “Real”la oyunda iştirak etmək şansı var.