“Barselona”dan Reşford qərarı
10.01.2026 - 13:45
“Barselona” icarə əsasında komandada çıxış edən Markus Reşfordun transfer hüquqlarını alacaq.
Apasport.az xəbər verir ki, bu barədə “Mundo Deportivo” nəşri məlumat yayıb. Kataloniya klubu ingilis hücumçunun çıxışından razıdır və onu komandada saxlamaq istəyir.
Reşford bu mövsüm 26 oyunda 7 qol vurub, 11 məhsuldar ötürmə edib.
0
0