“Beşiktaş”ın sabiq prezidenti klubdan xaric edildi
02.05.2025 - 22:13

"Beşiktaş"da intizam komitəsinin iclası keçirilib.
Apasport.az xəbər verir ki, qurumda keçirilən səsverməyə əsasən İdarə heyətinin sədri Tevfik Yamantürk və klubun keçmiş prezidenti Hasan Arat səs çoxluğu ilə komandadan xaric ediliblər.
Digər tərəfdən, qərarın idarə heyətinə təqdim olunduğu bildirilib.
İdarə heyəti bu qərarı təsdiqlədiyi təqdirdə, oktyabr ayında keçiriləcək İdarəetmə və Maliyyə Ümumi Yığıncağında xaricetmə ilə bağlı səsvermə aparılacağı qeyd olunub.
- Kurban Berdiyev: “Oyunçularımızı xəbərdar etmişdik”
- “Zirə” gümüş medalları təmin etdi - YENİLƏNİB
- "Roma" və "Xəzər Lənkəran"ın sabiq üzvü: “Qarabağ” bir futbol komandasından daha artıqdır, görünür ki, orada əsl ailə qurublar"
- “Səbail”in legioneri: "Ümidimizi itirmirik, pozitiv düşünürük"
- I Liqa: Lider səfərdə uduzdu, “İmişli”dən inamlı qələbə - YENİLƏNİB
0
0