Bəxtiyar Musayev Skautlar şöbəsinə rəis təyin olunub
15.07.2025 - 12:55
Bəxtiyar Musayev Skautlar şöbəsinə rəis təyin olunub

Azərbaycan millisinin sabiq yarımmüdafiəçisi, tanınmış futbolçu Bəxtiyar Musayev AFFA-nın Texniki departamentin Skautlar şöbəsinə rəis təyin olunub.

Apasport.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, Bəxtiyar Musayev 1997-2006-cı illərdə Azərbaycan millisinin şərəfini qoruyub. O, yığma komandanın heyətində 20 oyun keçirib.