Birinci Liqa: II tura start verilib
17.09.2025 - 21:22

Futbol üzrə Azərbaycan I Liqasında II tura start verilib.
Apasport.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.
"Cəbrayıl" Şamaxı Olimpiya İdman Kompleksinin stadionunda "Mingəçevir"i qəbul edib. Qarşılaşma qonaqların 3:1 hesablı qələbəsi ilə başa çatıb.
"Mingəçevir" 2 turdan sonra 3 xal toplayıb. "Cəbrayıl" isə hər iki oyunda da uduzub.
"Cəbrayıl" - "Mingəçevir" 1:3
Qollar: D.Açimi, 8 - Q.Səfərov, 27, A.Usman, 45+1, S.Abdullayev, 83 (pen)
0
0