Braziliyalı yarımmüdafiəçi "Səbail"də - RƏSMİ
30.09.2025 - 16:43

"Səbail" klubu heyətini legioner futbolçu ilə gücləndirib.
Apasport.az xəbər verir ki, bu barədə I Liqa təmsilçisi məlumat yayıb.
"Dənizçilər" braziliyalı Paulo Rikardo ilə 1 illik müqavilə imzalayıb.
Qeyd edək ki, 25 yaşlı yarımmüdafiəçi son olaraq Mərakeşin "Raja Beni Mellal" komandasında çıxış edib.
0
0