[b]“Brilyant Liqa”: Ramil Quliyev 1-ci olub, 3-cü yerə şərik çıxdı
[/b]
08.06.2018 - 12:52
Norveçin paytaxtı Osloda “Brilyant Liqa”nın V mərhələsi keçirilib. Apasport.az saytının məlumatına görə, Türkiyəni təmsil edən azərbaycanlı atlet Ramil Quliyev yarışda növbəti uğurunu qazanıb.
O, 200 m məsafəyə qaçışda finiş xəttinə birinci çatıb. Quliyev bu məsafəni 19,90 saniyəyə qət edib. Bununla, aktivindəki xalını 16-ya çatdıran idmançı ümumi sıralamadı 3-cü yerə şərikdi.
Qeyd edək ki, Quliyev eyni məsafəyə “Brilyant Liqa”nın bu il Dohada keçirilən mərhələsini 3-cü, Şanxaydakı yarışı isə 6-cı yerdə bitirib.
- “Azərbaycan Qolf Federasiyası” İctimai Birliyinin yığıncağı keçirilib
- Velosipedçilərimiz beynəlxalq “Tour of Mersin” yarışına qatılıblar
- Azərbaycan çempionatının qalibləri müəyyənləşib
- Bakı şəhər kubokunun birinci mərhələsində finalçılar müəyyənləşib
- Qarabağ MechaHack 9030-dan Nümunəvi Missiya: Texnologiya Sərhəd Tanımır
0
0