Xorvatiya millisinin yarımmüdafiəçisi Luka Modriç dünya çempionatının finalı öncəsində fikirlərini bölüşüb. Apasport.az saytının “Goal”a istinadən məlumatına görə, 33 yaşlı futbolçu Çempionlar Liqasında qazandığı titulları dünya çempionluğu naminə qurban verməyə hazır olduğunu deyib.
“Çempionlar Liqasında qazandığım 4 çempionluğu dünya çempionluğuna dəyişərdim. Finalda nə baş verəcəyindən asılı olmayaraq, bu, Xorvatiya idman tarixinin ən böyük uğurudu. Biz özümüzə tam əminik. Dünya çempionu olmaq üçün xarakterə və lazım olan digər hər şeyə sahibik” – deyə, o bildirib.
Modriç həmçinin “Qızıl top” iddialarını da cavablandırıb: “Hər kəs mənə “Qızıl top” haqda suallar ünvanlayır. Ancaq bu məsələ məni narahat etmir. Sadəcə, dünya çempionu olmaq üçün son addımı atmalıyıq”.
- Velosipedçilərimiz beynəlxalq “Tour of Mersin” yarışına qatılıblar
- Azərbaycan çempionatının qalibləri müəyyənləşib
- Bakı şəhər kubokunun birinci mərhələsində finalçılar müəyyənləşib
- Qarabağ MechaHack 9030-dan Nümunəvi Missiya: Texnologiya Sərhəd Tanımır
- Kamandan oxatma üzrə Bakı Kubokunun I mərhələsi keçiriləcək