[b]“Çempionlar Liqasındakı qələbələri dünya kubokuna dəyişərdim” – Luka Modriç [/b]
14.07.2018 - 13:49
[b]“Çempionlar Liqasındakı qələbələri dünya kubokuna dəyişərdim” – Luka Modriç
[/b]

“Çempionlar Liqasındakı qazandığım 4 qələbənin hamısını dünya kubokuna dəyişərdim”. Apasport.az saytının məlumatına görə, bu sözləri Xorvatiya millisinin futbolçusu Luka Modriç deyib.

 

“Real”ın heyətində 4 dəfə Çempionlar Liqasını qazanan yarımmüdafiəçi DÇ-2018-in sabah keçiriləcək finalı öncəsi yarışın əhəmiyyətini vurğulayıb: “Finalda nə baş verəcəyindən asılı olmayaraq Xorvatiya idmanı böyük nailiyyət əldə edib. Amma biz çempion olmağı istəməliyik. Özümüzə inanırıq. Bizdə çempionluq üçün lazım olan hər şey var”.

 

Modriç adının “Qızıl top”a əsas namizəd göstərilməsinə də münasibət bildirib: “Hamı “Qızıl top” barədə soruşur. Amma bu məsələ məni narahat etmir. Mənim üçün əsas komandanın qələbəsidi. Buna da köklənmişəm. Fərdi mükafatlara can atmaq lazım deyil. Biz son addımı atmalıyıq. Mundiala gələndə hədəfimiz qrupdan çıxmaq idi.