Rusiya millisinin baş məşqçisi Stanislav Çerçesova Səudiyyə Ərəbistanı ilə qarşılaşmadan sonra təşkil edilən mətbuat konfransı zamanı qəfil zəng gəlib. Apasport.az saytının xüsusi müxbirinin mətbuat konfransından verdiyi xəbərə görə, jurnalistlər ondan kimin zəng etdiyini soruşublar.
Baş məşqçi ölkə başçısı Vladimir Putinin zəng vurduğunu, ilk qələbə münasibəti ilə təbrik etdiyini söyləyib: “Ölkə başçısı məni təbrik edirdi. O, eyni zamanda xahiş etdi ki, təbrikini futbolçulara da çatdırım. Prezident belə davam etməyimizi istədi”.
Oyunla bağlı fikirlərini də bildirən baş məşqçi futbolçularına minnətdarlıq edib: “Bu gün bütün dünyaya göstərdik ki, biz bu çempionatda layiqli mübarizə aparmaq istəyirik. Uşaqlara minnətdaram. Onlar bütün tapşırıqları yerinə yetirdilər. Ancaq turnir bir oyunla bitmir. Futbolçularım qələbə qazandıqlarını unutmamalıdılar. Ancaq bu görüşü bir kənara qoyub, Misirlə matça hazırlaşmalıdılar”.
Qeyd edək ki, Rusiya dünya çempionatının açılış matçında Səudiyyə Ərəbistanını 5:0 hesabı ilə məğlub edib.
- “Azərbaycan Qolf Federasiyası” İctimai Birliyinin yığıncağı keçirilib
- Velosipedçilərimiz beynəlxalq “Tour of Mersin” yarışına qatılıblar
- Azərbaycan çempionatının qalibləri müəyyənləşib
- Bakı şəhər kubokunun birinci mərhələsində finalçılar müəyyənləşib
- Qarabağ MechaHack 9030-dan Nümunəvi Missiya: Texnologiya Sərhəd Tanımır