2020-ci ildə Yaponiyanın paytaxtı Tokioda keçiriləcək Yay Olimpiya Oyunlarında gender bərabərliyi olacaq.
Apasport.az-ın məlumatına görə, Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax iştirakçıların təxminən yarısının qadın idmançılar təşkil edəcəyinə söz verib.
O, Finlandiyanın paytaxtı Helsinkidə keçirilən Yeni liderlərin forumunda açıqlayıb: “Biz gender bərabərliyini təmin edəcəyik. Olimpiya Oyunlarında iştirakçıların 49 faizi qadın idmançı olacaq. Bu, yarışın tarixində ən yüksək göstəricidir. Tokiodakı gender bərabərliyi dünyadakı bütün idman təşkilatları üçün siqnaldır”.
Qeyd edək ki, Tokio Yay Olimpiya Oyunları 2020-ci il iyulun 24-dən avqustun 9-dək keçiriləcək.
- Qarabağ MechaHack 9030-dan Nümunəvi Missiya: Texnologiya Sərhəd Tanımır
- Kamandan oxatma üzrə Bakı Kubokunun I mərhələsi keçiriləcək
- Azərbaycan İdman Rəqsləri Federasiyasının yeni prezidenti seçilib
- Yevlax 2027-ci il üçün Azərbaycanın "İdman Paytaxtı" seçilib
- Olimpiyaçılarımızın aşılanmaya məruz qalan medallar yenisi ilə əvəz edilib