Sumqayıt Olimpiya İdman Kompleksində U-23 gənclər arasında Azərbaycan birinciliyinə yekun vurulub. Apasport.az saytının məlumatına görə, yarışın ikinci günü oğlanlar arasında 5 çəki dərəcəsində mükafatçılar məlum olub.
Rüfət Məmmədov (73 kq), Samir Ağayev (81 kq), Azər Yaqubov (90 kq), Adil Kərimli (100 kq), Camal Feyziyev (+100 kq) qızıl medal qazanıb.
Ümumi medal sayında “Neftçi İdman Klubu” İB 11 medal (3 qızıl, 3 gümüş və 5 bürünc) qazanaraq birinci olub. “Atilla” klubu 4 medal (3 qızıl və 1) əldə edərək ikinci yeri tutub. 5 medala (1 qızıl, 2 gümüş və 2 bürünc) sahib olan “Judo Club 2012” isə ölkə birinciliyini üçüncü yerdə başa vurub.
Qalib və mükafatçılara Gənclər və İdman Nazirliyinin, Azərbaycan Cüdo Federasiyasının diplom və medalları verilib.
Qeyd edək ki, iki gün davam edən ölkə birinciliyində ümumilikdə 49 klubdan 373 cüdoçu (306 oğlan, 67 qız) mübarizə aparırdı.
|
Oğlanlar |
|||||||||
|
73 kq |
|
81 kq |
|
||||||
|
1. 2. 3. 3. |
Rüfət Məmmədov Əli Nuriyev Yaqub Cavadov Cahid Heydərzadə |
|
|
1. 2. 3. 3. |
Samir Ağayev Emil Hüseynov Paşa Əliyev Naim Hüseynov |
|
|
||
|
90 kq |
|
100 kq |
|
||||||
|
1. 2. 3. 3. |
Azər Yaqubov Əkbər Quliyev Coşqun Abdullayev Aslan Mirzəyev |
|
|
1. 2. 3. 3. |
Adil Kərimli İmran Yusibov Cəfər Əkbərli Süleyman Yaqubov |
|
|
||
|
+100 kq |
|
|
|||||||
|
1. 2. 3. 3. |
Camal Feyziyev Ayxan Cəfərov Nicat Aslanov Abdulla İsmayılov |
|
|
|
|||||
- “Azərbaycan Qolf Federasiyası” İctimai Birliyinin yığıncağı keçirilib
- Velosipedçilərimiz beynəlxalq “Tour of Mersin” yarışına qatılıblar
- Azərbaycan çempionatının qalibləri müəyyənləşib
- Bakı şəhər kubokunun birinci mərhələsində finalçılar müəyyənləşib
- Qarabağ MechaHack 9030-dan Nümunəvi Missiya: Texnologiya Sərhəd Tanımır