Cüdoçularımız XVIII Avropa Gənclər Yay Olimpiya Festivalında iki qızıl medal qazanıblar
22.07.2025 - 20:28

Azərbaycan cüdoçuları XVIII Avropa Gənclər Yay Olimpiya Festivalında (EYOF) iki qızıl medal qazanıblar.
Milli Olimpiya Komitəsindən apasport.az-a verilən məlumata görə, oğlanların mübarizəsində Rza Xəlilli (50 kq) finalda ispaniyalı Alexandro Çiarroniyə qalib gələrək fəxri kürsününü ən yüksək pilləsinə qalxıb.
Qızların yarışında isə Gülşən Hüseynova (44 kq) həlledici mərhələdə israilli Yuval Qabayını üstələyərək qızıl medala sahib çıxıb.
Qeyd edək ki, bu gün daha bir cüdoçumuz Rəsul Əlizadə (55 kq) də final görüşünə çıxacaq.
- Filip Krovinoviç: "Azərbaycan çempionatının yaxşı səviyyədə olduğunu bilirik"
- "Hayduk"un baş məşqçisi: "15 ildir ki, komanda avrokuboklarda yaxşı çıxış etmir"
- Rəşad Sadıqovdan Yurçeviçə cavab: “Özünün Azərbaycanda müqaviləsi necə olub?”
- Qismət Alıyev: “Oyuna tam hazırıq”
- Rəşad Sadıqov: “Komandamız ideala yaxın formadadır”
0
0