Cüdo üzrə Azərbaycan milli komandası sentyabrda Bakıda keçiriləcək dünya çempionatına hazırlığını davam etdirir. Apasport.az saytının məlumatına görə, ötən həftə Cənubi Koreyanın İnçxon şəhərində təlim-məşq toplantısına start verən millimizin heyətində bütün aparıcı cüdoçular yer alıb.
Baş məşqçi Ruslan Moşurenkonun rəhbərliyi altında yığma üzvləri Yaponiya, Koreya, Fransa, Almaniya, Rusiya, Braziliya, İtaliya və digər ölkələrin cüdoçuları ilə birgə məşq keçiblər. İyunun 11-də Azərbaycan millisi Cənubi Koreya toplantısını başa vurub.
Cüdoçularımız dünya çempionatına hazırlığı bu gündən başlayaraq Yaponiyada davam etdirəcəklər. Milli komandamız vətənə iyunun 21-də dönəcək.
- “Azərbaycan Qolf Federasiyası” İctimai Birliyinin yığıncağı keçirilib
- Velosipedçilərimiz beynəlxalq “Tour of Mersin” yarışına qatılıblar
- Azərbaycan çempionatının qalibləri müəyyənləşib
- Bakı şəhər kubokunun birinci mərhələsində finalçılar müəyyənləşib
- Qarabağ MechaHack 9030-dan Nümunəvi Missiya: Texnologiya Sərhəd Tanımır