Daha bir futbolçumuz Qırğızıstan klubunda - RƏSMİ
14.07.2025 - 14:12

Ötən mövsümü “Səbail”də keçirmiş İlkin Muradov Qırğızıstanda oynayacaq.
Apasport.az xəbər verir ki, yarımmüdafiəçi “Abdış-Ata” ilə müqavilə imzalayıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Xatırladaq ki, Qırğızıstan təmsilçisi ötən həftə millimizin sabiq forvardı Mirabdulla Abbasovu da heyətinə qatıb.
Qeyd edək ki, Muradov "Şamaxı" və "Zirə" klublarında da çıxış edib.
0
0