[b]DÇ-2018: 10 ölkədən 508 futbolçu[/b]
06.06.2018 - 17:35
[b]DÇ-2018: 10 ölkədən 508 futbolçu[/b]

Rusiyada keçiriləcək dünya çempionatına ən çox futbolçu göndərən ölkələrin siyahısı açıqlanıb. Apasport.az saytının məlumatına görə, iyunun 14-dən iyulun 15-dək baş tutacaq yarışda İngiltərə liqaları birinci yerdədi.

 

Bu ölkənin çempionatlarında çıxış edən 124 oyunçu müxtəlif yığmaların heyətində mübarizə aparacaq. Siyahıda ikinci yerdə İspaniya, üçüncü pillədə Almaniyadı. Maraqlıdı ki, İtaliya dünya çempionatında olmasa da, bu ölkənin klublarında çıxış edən 58 futbolçu Rusiyaya yollanan komandaların heyətində yer alacaq.

 

Ümumilikdə mundiala 736 futbolçu qatılacaq ki, bunlardan 508-i 10 ölkənin liqalarında çıxış edir. Digər 228 oyunçu isə müxtəlif çempionatların payına düşür.

 

Ölkələr üzrə liqalar

Futbolçu sayı

İngiltərə

124

İspaniya

81

Almaniya

67

İtaliya

58

Fransa

49

Rusiya

36

Səudiyyə Ərəbistanı

30

Türkiyə

22

Meksika

22

Portuqaliya

19