Dünya çempionatının açılış matçında Səudiyyə Ərəbistanını böyük hesabla (5:0) məğlub edən Rusiya yığması 64 ildən sonra ilk dəfə bunu bacarıb. Apasport.az saytının yerli mətbuata istinadən məlumatına görə, söhbət mundialın ilk görüşündə 5 top fərqli qalibiyyətdən gedir.
Belə ki, buna qədər sonuncu dəfə 1954-cü ildə Braziliya dünya çempionatının ilk oyununda Meksikanın qapısından 5 cavabsız top keçirib. Lakin həmin vaxt bu görüşlə paralel daha 5 matç oynanılıb.
Mundiallar tarixinin açılış matçında ən böyük hesab isə 1934-cü ildə qeydə alınıb. Həmin vaxt İtaliya ABŞ-ı 7:1 hesabı ilə məğlub edib. Sadəcə, həmin qarşılaşma ilə paralel daha 8 görüş oynanılıb.
- “Azərbaycan Qolf Federasiyası” İctimai Birliyinin yığıncağı keçirilib
- Velosipedçilərimiz beynəlxalq “Tour of Mersin” yarışına qatılıblar
- Azərbaycan çempionatının qalibləri müəyyənləşib
- Bakı şəhər kubokunun birinci mərhələsində finalçılar müəyyənləşib
- Qarabağ MechaHack 9030-dan Nümunəvi Missiya: Texnologiya Sərhəd Tanımır