[b]DÇ-2018: Açılış matçının ən yaxşısı seçildi[/b]
14.06.2018 - 21:23
[b]DÇ-2018: Açılış matçının ən yaxşısı seçildi[/b]

Dünya çempionatının açılış matçının ən yaxşı futbolçusu seçilib. Apasport.az saytı xəbər verir ki, FİFA bu ada Rusiya yığmasının yarımmüdafiəçisi Denis Çerışevi layiq görüb.

Səudiyyə Ərəbistanı ilə qarşılaşmada meydana sonradan daxil olaraq, dubla imza atan Çerışev komandasının böyükhesablı qələbəsinin (5:0) memarı olub.

Rusların orta sahə oyunçusu Aleksandr Qolovin isə 1 qol, 2 məhsuldar ötürmə ilə yadda qalıb.