Dünya çempionatının startına bir neçə gün qalmış Argentina yığmasında növbəti itki baş verib. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, yarımmüdafiəçi Manuel Lansini mundiala aparılacaq heyətdə yer almayacaq.
Buna səbəb 25 yaşlı futbolçunun məşq zamanı xəsarət almasıdı. Müayinə zamanı Lansininin sağ dizindəki zədənin ciddi olduğu və 2018-19 mövsümünün startından tez sıraya dönməyəcəyi aşkarlanıb. Bu səbəbdən məşqçilər korpusu onu heyətdən kənarlaşdırmalı olacaq. Lansinini “tanqoçular”da kimin əvəz edəcəyi hələlik bəlli deyil.
Ondan əvvəl əsas qapıçı Serxio Romero zədə ucbatından komandadan uzaqlaşdırılmışdı.
Qeyd edək ki, Argentina yığması dünya çempionatında İslandiya, Xorvatiya və Nigeriya ilə bir qrupda mübarizə aparacaq.
- “Azərbaycan Qolf Federasiyası” İctimai Birliyinin yığıncağı keçirilib
- Velosipedçilərimiz beynəlxalq “Tour of Mersin” yarışına qatılıblar
- Azərbaycan çempionatının qalibləri müəyyənləşib
- Bakı şəhər kubokunun birinci mərhələsində finalçılar müəyyənləşib
- Qarabağ MechaHack 9030-dan Nümunəvi Missiya: Texnologiya Sərhəd Tanımır