[b]DÇ-2018: Argentina millisində yeni futbolçu[/b]
09.06.2018 - 17:21
Dünya çempionatına hazırlaşan Argentina millisində Manuel Lansinini əvəz edəcək futbolçu müəyyənləşib. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, məşqçilər korpusu Entso Peresə dəvət göndəriblər.
Bir neçə gün əvvəl məşq zamanı dizindən zədələnərək yığmadan kənarlaşdırılan Lansininin yerinə mundiala məhz “River Pleyt”in yarımmüdafiəçisi yollanacaq.
Onunla yanaşı, Leandro Paredes (“Zenit”) və Dieqo Perotta (“Roma”) bu yerə namizəd idi. Lakin baş məşqçi Xorxe Sampaoli məhz Peresə üstünlük verib.
- “Azərbaycan Qolf Federasiyası” İctimai Birliyinin yığıncağı keçirilib
- Velosipedçilərimiz beynəlxalq “Tour of Mersin” yarışına qatılıblar
- Azərbaycan çempionatının qalibləri müəyyənləşib
- Bakı şəhər kubokunun birinci mərhələsində finalçılar müəyyənləşib
- Qarabağ MechaHack 9030-dan Nümunəvi Missiya: Texnologiya Sərhəd Tanımır
0
0