[b]DÇ-2018: Belçika yığmasında müdafiəçi problemi[/b]
23.06.2018 - 01:05
[b]DÇ-2018: Belçika yığmasında müdafiəçi problemi[/b]

Belçika millisində müdafiəçi problemi davam edir. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, komandanın mərkəz müdafiəçiləri Vensan Kompani və Tomas Vermalen hələ də zədəsini sağaltmayıb.

 

Bu barədə açıqlama verən baş məşqçi Roberto Martines onların dünya çempionatının qrup mərhələsi çərçivəsində Tunislə II tur matçını buraxacaqlarını söyləyib: “Vermalen və Kompani hələ sağalmayıblar. Digər oyunçular isə Tunislə görüşə hazırdılar”.

 

Qeyd edək ki, adıçəkilən futbolçular I turda Panama ilə (3:0) matçı da buraxmışdılar. Belçika – Tunis qarşılaşması isə sabah oynanılacaq.